Hadisə Bugün, 08:05

Kuril adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ olub



Kuril adaları yaxınlığında güclü zəlzələ qeydə alınıb.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib.

Zəlzələ Saxalin vaxtı ilə saat 12:52-də (Moskva vaxtı ilə saat 04:52) qeydə alınıb. Onun maqnitudası 5,6 olub. Zəlzələlər dəniz dibinin 423 km dərinliyində, İturup adasındakı Reidovo kəndindən 214 km şimalda baş verib.

Anar

Xəbər lenti