Hadisə Bugün, 09:19

Özbəkistanda yeni koronovirus infeksiyası təhlükəsi: Onlarla tələbə xəstəxanaya yerləşdirildi



Özbəkistanın Buxara vilayətinin Karakul rayonundakı təhsil mərkəzində təhsil alan 20 tələbə rayon tibb mərkəzinə yerlışdirilib.

Planetinfo.az xəbər verir ki, bu barədə "Sputnik Özbıkistan" Buxara regional Səhiyyə İdarəsinin mətbuat xidmətinə istinadən məlumat verib.

Bildirilib ki, regional qubernatorun göstərişlərinə uyğun olaraq, səhiyyə idarəsinin müdiri Elor Oltiyevin iştirakı ilə işçi qrup yaradılıb. Bütün xəstələr Səhiyyə Nazirliyinin müvafiq standartlarına əsasən laboratoriya və instrumental müayinələrdən keçirilib.

Görülən tibbi tədbirlər nəticəsində bütün xəstələrin vəziyyəti yaxşılaşıb və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Hər bir xəstəyə regional ailə həkimi və tibb bacısı təyin edilib. Hazırda onların hamısının vəziyyəti qənaətbəxşdir və heç bir şikayət yoxdur.

Həmçinin, xəstələrdən müvafiq qan nümunələri götürülərək müəyyən edilmiş qaydada müayinəyə göndərilib. Müayinə nəticələri barədə əlavə məlumat veriləcəyi bildirilib.

Məlumata görə, tədbirlər yeni koronavirus infeksiyasının yayılma təhlükəsinə qarşı profilaktik addımlar çərçivəsində həyata keçirilib.

Anar

Xəbər lenti