Günəşdə güclü partlayış baş verib.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu (IFG) məlumat verib.
M sinifli günəş partlayışı təxminən 40 dəqiqə davam edib.
İnstitut qeyd edib ki, 14 yanvar tarixində Moskva vaxtı ilə saat 23:33-də rentgen diapazonunda 40 dəqiqə davam edən M1.6 alovlanması (S14E69) qeydə alınıb.
Günəş alovlanmaları yaydıqları rentgen şüalanma gücünə əsasən beş sinfə bölünür: A, B, C, M və X. Minimum sinif olan A0.0, Yer orbitində kvadrat metrə 10 nanovatt radiasiya gücünə uyğundur. Növbəti hərfə keçdikcə güc on dəfə artır. Alovlanmalar adətən günəş plazmasının püskürməsi ilə müşayiət olunur və bu buludlar Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.
Anar