Hadisə 18-01-2026, 10:28

Şamaxıda zəlzələ olub

Şamaxıda zəlzələ olub
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 18.01.2026-cı il tarixində yerli vaxtla saat 07:56-da Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda 3.8 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Xəbər lenti