Çin əhalisinin sayında azalma baş verib.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Çinin Milli Statistika Bürosu (NBS) məlumat yayıb. Qurumun yaydığı məlumata görə, Çin əhalisi 2025-ci ildə 3,39 milyon nəfər azalaraq 1,404 milyard 890 milyon nəfərə çatıb.
Milli Statistika Bürosunun hesabatına görə, ötən müddət ərzində Çində 7,92 milyon doğuş və 11,31 milyon ölüm hadisəsi baş verib. Doğum və ölüm nisbətləri müvafiq olaraq hər min nəfərə 5,63 və 8,04 nəfər təşkil edib.
Rəsmi hesablamalara görə, Çinin kişi əhalisi il ərzində 0,3% azalaraq 716,85 milyona, qadın əhalisi isə 0,1% azalaraq 688,04 milyona düşüb. Ölkə vətəndaşları arasında 16-59 yaş arası insanların nisbəti 851,36 milyona çatıb ki, bu da 2024-cü il hədəfi ilə müqayisədə 0,7% azdır. 65 yaşdan yuxarı sakinlərin sayı isə 1,5% artaraq 223,65 milyona çatıb.
Bundan əlavə, 2025-ci ildə Çinin şəhər əhalisi 1% (10,3 milyon nəfər) artaraq 953,8 milyona çatıb. Kənd yerlərində 451,09 milyon nəfər (2,9% və ya 13,69 milyon nəfər azalma) yaşayıb. Urbanizasiya nisbəti 67,89% təşkil edib.
Anar