Rusiyayya məxsus sərnişin təyyarəsi uçuş-enmə zolağından kənara çıxıb.
Planetinfo.az TASS-a istinadən bildirir ki, hadisə Maqadan şəhərində baş verib.
Məlumata görə, Maqadan hava limanında göyərtəsində 335 sərnişin olan təyyarə uçuş-enmə zolağından çıxıb. Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Bildirilib ki, Maqadan nəqliyyat prokurorluğu uçuş-enmə zolağından çıxan təyyarə ilə bağlı araşdırma aparır.
Anar