Hadisə 27-01-2026, 12:50

Paytaxtda evlərdən oğurluq edənlər saxlanılıblar

Paytaxtda evlərdən oğurluq edənlər saxlanılıblar
Qaradağ və Nəsimi rayonlarında evlərdən oğurluq edilib. Zərərçəkənlər polisə müraciət edərək yaşadıqları evlərdən təmir-tikinti alətləri və qızıl-zinət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı İ.Kərimli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti