Kiyevdə 710 min nəfər elektrik enerjisiz qalıb.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Ukrayna baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıxal deyib.
Şmıxal xəbərdarlıq edib ki, elektrik şəbəkəsi qeyri-bərabər zədələnib, ona görə də bərpadan sonra qrafiklər müxtəlif enerji mərkəzlərində əhəmiyyətli dərəcədə dəyişə bilər.
Qeyd edək ki, Kiyevdə və ətraf bölgədə elektrik kəsintiləri 2025-ci ilin sonlarından etibarən paytaxt bölgəsindəki enerji obyektlərinə ciddi ziyan dəyməsi səbəbindən baş verir. 9 yanvarda Kiyev meri Vitali Kliçko sakinləri istilik və elektrik enerjisi ilə bağlı problemlər səbəbindən mümkün olduqda paytaxtı tərk etməyə çağırdı və bildirdi ki, həmin vaxt çoxmənzilli binaların yarısı istiliksiz qalıb. 13 yanvarda Kliçko şəhərin elektrik təchizatının pisləşdiyini, hətta vacib infrastrukturun ehtiyaclarını ödəmək üçün kifayət qədər çatışmazlıqların olduğunu bildirdi. Onun sözlərinə görə, Kiyev 2022-ci ilin fevral ayından bəri ilk dəfədir ki, belə çətin enerji vəziyyəti ilə qarşılaşır.
Anar