Özbəkistanın Ali Məclisinin Qanunvericilik Palatası müəyyən hərəkətlərə görə inzibati məsuliyyət tətbiq etməyi hədəfləyən qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Planetinfo.az “Sputnik Özbəkistan”a istinadən bildirir ki, qanun layihəsində ədəbsiz ifadələrlə söyüş söymək, təhqiramiz davranışlar göstərmək, telekommunikasiya şəbəkələrində və İnternetdə ictimai asayişi pozmaq inzibati məsuliyyət müəyyən edir.
Bundan başqa bir dövlətin ərazisində və ya onun tərəfində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda iştirakı təşviq edən materialların yayılması, reklamı və nümayişi, şəxs tərəfindən törədilmiş cinayəti mediada və internetdə təbliğ edən materialların yayılması da bu sıraya aiddir.
İnzibati Məsuliyyət Məcəlləsinin 183-cü maddəsinin 1-ci əlavəsinə əsasən, sosial şəbəkələrdə təhqir, ayrı-seçkilik, ictimai və vətəndaş sülhünün pozulması və ya oxşar hərəkətlərə görə 5 milyon suma qədər cərimə və ya 10 gün həbs cəzası müəyyən edilir.
Anar