Hadisə 9-02-2026, 21:08

Bakıda türkiyəli biznesmenlə bir qrup şəxs arasında insident

Bakıda türkiyəli biznesmenlə bir qrup şəxs arasında insident
Dünən səhər saatlarında Bakıda tikinti şirkətlərindən birinin ərazisində insident olub.

Nərimanov rayonu ərazisində “Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Yılmaz Okuklu hadisə vaxtı sosial şəbəkədə canlı yayım açıb. O bildirib ki, bir neçə nəfər onu təkləyərək hücum edib. İnsidentin biznes mübahisəsi zəminində baş verdiyi iddia edilir.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirildi ki, faktla bağlı araşdırma aparılır: “Fevralın 8-də səhər saatlarında paytaxtın Nərimanov rayonunda tikinti şirkətinin nümayəndələri ilə orada məskunlaşmış bir neçə sakin arasında insidentin olması barədə polisə məlumat daxil olub. Əraziyə yaxınlaşan polis əməkdaşları tərəfindən insidentin qarşısı alınıb. Hazırda araşdırmalar davam etdirilir”.

Marja.az-ın əldə etdiyi məlumata görə, “Okuklu Holding” tikinti materialları anbarının yerləşdiyi ərazini tikinti işləri apararaq genişləndirməyə cəhd edib. Genişləndirilən ərazi qonşu sahədə tanınmış tikinti şirkətlərindən birinin inşa edilməkdə olan yaşayış komplesi lahyihəsi üçün nəzərdə tutulmuş sahə olub. İddia olunur ki, “Okuklu Holding”, ərazi plana düşən zaman daha çox maddi vəsait əldə etmək üçün qanunsuz tikinti işləri apararaq ərazini və tikililəri böyütməyə çalışıb.
https://www.facebook.com/share/v/1DVn692hP6/?mibextid=wwXIfr

Xəbər lenti