Hadisə 5-03-2026, 11:10

Bakıda 8-ci mərtəbədən yıxılan oğlan öldü

Bakının Xətai rayonunda faciəvi hadisə baş verib.

Planetinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 10 radələrində 1998-ci il təvəllüdlü Elxan Orduxanov yaşadığı Gəncə prospektindəki binanın 8-ci mərtəbəsindəki evin eyvanından yıxılıb.

O aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti