Hadisə 18-11-2025, 16:30

Rusiyada məktəblər distant təhsilə keçdi



Rusiyada yayılan kəskin respirator virus infeksiyası Xantı-Mansiysk şəhərində daha ciddi xarakter alıb.

Planetinfo.az TASS-a istinadən bildirir ki, şəhərin bütün məktəblərində 1-8 və 10-cu sinif şagirdləri kəskin respirator virus infeksiyaları ilə əlaqədar noyabrın 19-dan distant təhsilə keçiblər. Xantı-Mansiysk Yuqrada belə bir qərar qəbul edən ilk böyük şəhər olub.

"2025-ci il noyabrın 19-dan noyabrın 25-dək daxil olmaqla, 1-8 və 10-cu sinif şagirdləri distant təhsilə, yalnız 9 və 11-ci sinif şagirdləri isə əyani təhsilə keçəcəklər", - deyə şəhər administrasiyasının açıqlamasında bildirilir.

Məlumata görə, bu qərar şəhər administrasiyasının sanitar-epidemiya əleyhinə komissiyasının qərarı əsasında kəskin respirator virus infeksiyalarına yoluxma hallarının artması ilə əlaqədar verilib.

Bundan əvvəl Yuqrada İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) regionda ötən həftə ilə müqayisədə kəskin respirator virus infeksiyalarının təxminən 1,4 dəfə artdığını bildirmişdi.

Anar

Xəbər lenti