İyul ayında Kamçatkada baş verən güclü zəlzələdən sonra təkrar təkanların sayı bir həftə ərzində 45-dən 51-ə yüksəlib.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional bölməsi məlumat verib.
Bildirilib ki, son yeddi gündə 51 afterşok qeydə alınıb",-deyə idarədən qeyd ediblər.
Qeyd edək ki, iyulun 30-da səhər Kamçatka sahillərində güclü zəlzələ baş verib. Bu, 1952-ci ildən bu yana bölgəni vuran ən güclü hadisə olub. Səlahiyyətlilərə görə, onun maqnitudası 8,8-ə çatıb. Kamçatkada yüksək hazırlıq vəziyyəti elan edilib. Güclü zəlzələ Severo-Kurilskdə də hiss olunub. Zəlzələ Sakit Okeanda sunamiyə səbəb olub və buna görə Yaponiya, ABŞ və Filippindəki səlahiyyətlilər sunami təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər.
Anar