Hadisə 27-03-2026, 12:46

Gəncədə ev yandı - Ölən var

Martın 26-sı Gəncədə fərdi evlərdən birində yanğın baş verib.

Planetinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ə.Seyfi küçəsi ev 4 “A” ünvanında qeydə alınıb.

Yanğın zamanı 1959-cu il təvəllüdlü Zaur Tofiq oğlu Məmmədov tüstüdən zəhərlənərək ölüb.

Məlumata görə, həmin şəxs insult keçirdiyi üçün yeriməkdə çətinlik çəkirmiş.

Xəbər lenti