Hadisə 1-04-2026, 09:51

Bakıda ər-arvad faciəli şəkildə ÖLDÜ



Bakı şəhərinin Xətai rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Planetinfo.az xəbər verir ki, hadisə martın 31-i baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü həyat yoldaşı kirayə yaşadıqları Xətai rayonu, Araz Novruzov küçəsi 26 ünvanında yerləşən fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Trend.Az

Xəbər lenti