Hadisə 1-04-2026, 12:09

Bakıda 5 nəfər saxlanıldı



Gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb.

Planetinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Nizami rayonunda gözəllik salonlarının birindən məişət əşyalarının talanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotik və oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı M.Məmmədrəhimov müəyyən edilərək saxlanılıb.

Nəsimi rayonu ərazisində isə dələduzluq, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən 28 yaşlı E.Alıyev, 32 yaşlı A.Manafov, 48 yaşlı R.Nəsirov və 57 M.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.

Xəbər lenti