Hadisə 26-11-2025, 07:03

Zelenski rüşvət ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib



Novosibirsk Qarnizonu Hərbi Məhkəməsi hərbçi Vladimir Zelenskini rüşvətxorluğa görə 9 il müddətinə azadlıqdan məhrum edib.

Planetinfo.az TASS-a istinadən bildirir ki, məhkəmə Zelenskinin 9 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkmə, 1,5 milyon rubl cərimə və 4 il müddətinə dövlət vəzifələrini tutmağa qadağa qoyan qərar qəbul edib. Rusiya Cinayət Məcəlləsinə əsasən, məhkəmə Zelenskini hərbi rütbəsindən də məhrum edib.

Məhkəmə sənədlərinə əsasən, ona həvalə edilmiş hərbi hissədəki binanın sökülməsinə icazə verilməsi, tikinti texnikasının həmin əraziyə maneəsiz daxil olması üçün işlərin görülməsi və sonradan tikinti tullantılarının çıxarılması üçün 1,5 milyon rubl rüşvət tələb edib.

Anar

Xəbər lenti