Hadisə 6-04-2026, 09:27

Sabunçuda yol qəzası - Ölən var



Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Planetinfo.az xəbər verir ki, hadisə aprelin 5-də Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.

Belə ki, Ələkbərov Hacıağa Teyyub oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobil Zabrat qəsəbəsindən Kürdəxanı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Kərimov Zülfi Heybət oğlunu vurub.

Nəticədə piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti