Hadisə Bugün, 11:10

Türkiyədə bu məşhurlar saxlanıldı



Türkiyədə aparılan istintaq çərçivəsində həyata keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb.

Planetinfo.az Türkiyə mediasina istinadən xəbər verir ki, onlar barəsində "narkotik və ya psixotrop maddələri satın almaq, qəbul etmək, saxlamaq, istifadə etmək və təmin etmək" maddələri ilə saxlanılma qərarı verilib.

Saxlanılan şəxslər Hafsanur Sancaktutan, Emir Can İğrek, Somer Sivrioğlu, Serra Pirinç, Ogün Alibaş, Utku Ünsal, Sinem Özenç Ünsal, Elif Büşra Pekin, Ahsen Eroğlu, Burak Deniz, Mert Demir, Emre Öztürk, Ender Eroğlu və Enes Gülerdir.

Bir nəfərin isə xaricdə olduğu müəyyən edilib.

Xəbər lenti