Hadisə 27-11-2025, 08:43

25 il axtarışda olan terrorçu həbs edilib




Beynəlxalq terror təşkilatlarında iştirakına görə 25 ildən çox axtarışda olan Özbəkistan vətəndaşı xaricdə saxlanılaraq Özbəkistana gətirilib.

Planetinfo.az "Sputnik Özbıəkistan"a istinadən bildirir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, həmin şəxs Dövlət Təhlükəsizlik Xidmətinin xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq çərçivəsində apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, 1999-cu ildə Özbəkistanı tərk edərək dini-ekstremist cərəyanlara qoşulub, Əfqanıstan, Pakistan və Suriyada beynəlxalq terror təşkilatlarının sıralarında döyüş əməliyyatlarında iştirak edib.

Hazırda ona qarşı Cinayət Məcəlləsinin 154-cü, 155-ci, 159-cu və digər maddələri ilə başlanan cinayət işi çərçivəsində istintaq hərəkətləri aparılır.


Anar

Xəbər lenti