Hadisə 27-11-2025, 09:03

Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayır



Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayır.

Planetinfo.az TASS-a istinadən bildirir ki, hərbi təlimlərdə 6500 əsgər və 900-dən çox texnikanın iştirakı nəzərdə tutulur. Finlandiya Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Təlimlər Rusiya ilə həmsərhəd Uusimaa, Päijat-Häme və Kymenlaakso bölgələrində keçirilir. Təlimlər dekabrın 4-dək davam edəcək.

Anar

Xəbər lenti