İndoneziyada yenidən güclü zəlzələ olub.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Mərkəzin məlumatına görə, İndoneziyanın Simeulue adasında 6,6 bal gücündə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların episentri 15 min insanın yaşadığı Sinabang şəhərindən 46 km cənubda olub. Zəlzələnin ocağı 25 km dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi xəbərdarlığı edilməyib.
Anar