Malayziyada baş verən daşqınlar insanların təhlükəli ərazilərdə yerləşən yaşayış məntəqələrindən təxliyə edilməsi zərurətini yaradıb.
Planetinfo.az TASS-a istinadən bildirir ki, Bernama xəbər agentliyi bu brədə məlumat yayıb. Məlumata görə, təbii fəlakətdən dolayı təxliyə edilən malayziyalıların sayı 34 mini keçib.
Təbii fəlakətlə əlaqədar ölkə üzrə 180-dən çox təxliyə mərkəzi yaradılıb. Təbii fəlakətdən ən çox zərər çəkən ştatlar Kelantan (10950 sakin evakuasiya edilib), Perlis (7501), Perak (5620), Kedah (4306), Terengqanu (3483) və Selangor (2460) olub.
2024-cü ildə Malayziyanı bürümüş daşqınlar ölkənin ÜDM-nin 0,05%-nə bərabər olan 933,4 milyon dollara başa gəlib.
Anar