286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin hazırki vəziyyəti açıqlanıb.
Planetinfo.az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, uşağın vəziyyəti ağırdır:
"Dünənyanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir".
Qeyd edək ki, hadisə dünən baş verib. Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.