“Neftçi” klubu Vensan Abubakar, Edvin Kuç və Kristian Kostinlə yollarını ayırıb.
Planetinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.
“Neftçi” PFK ilə Vensan Abubakar, Edvin Kuç və Kristian Kostin arasında başa çatan müqavilələr yenilənməyib. Hər üç oyunçuya təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”, - məlumatda qeyd olunub.