Birinci Liqada çempion olaraq Premyer Liqaya vəsiqə qazanan “Şəfa” heyətini formalaşdırmağa başlayıb.
Planetinfo.az xəbər verir ki, paytaxt təmsilçisi artıq iki futbolçu ilə razılıq əldə edib.
Söhbət “Qəbələ”dən ayrılan Murad Musayev və “Şamaxı”nı tərk edən braziliyalı Sezardan gedir. Hər iki futbolçu növbəti mövsümdən “Şəfa”nın şərəfini qoruyacaq. Onlarla yaxın günlərdə rəsmi müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, Murad Musayev “Qəbələ”nin yetirməsi sayılırsa, Sezar ötən mövsüm “Şamaxı”ya cəlb olunmuşdu.