“Qalatasaray”ın kapitanı Mauro İkardinin komandadakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Mövsüm başa çatdıqdan sonra Yaponiyaya tətilə gedən və daha sonra yenidən istirahətə yollanan argentinalı futbolçunun sarı-qırmızılı klubdan tələbləri bəlli olub.
Planetinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Xəbərdə qeyd olunub ki, klub prezidenti Dursun Özbəyin şəxsən apardığı danışıqlarda İkardi tərəfi rəhbərliyin ilkin şərtlərinə o qədər də isti yanaşmır. Belə ki, “Qalatasaray” rəhbərliyi təcrübəli hücumçuya illik 4+1 milyon avro maaşla 1 mövsümlük yeni sözləşmə təklif edib. Lakin İkardinin İstanbul təmsilçisindən iki əsas tələbi var: o, 2 illik yeni müqavilə və təklif olunan illik məbləğin bir qədər də artırılmasını istəyir.
Qeyd edək ki, Mauro İkardi ötən mövsüm “Qalatasaray” forması ilə meydana çıxdığı 47 rəsmi matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.