İdman 15-12-2025, 11:37

“Pool” bilyard idman növü üzrə ölkə çempionatı başa çatdı

“Pool” bilyard idman növü üzrə ölkə çempionatı başa çatdı
13–15 dekabr 2026-cı il tarixlərində “Pool” bilyard idman növü üzrə kişilər və qadınlar arasında ölkə çempionatı uğurla keçirilib. Yarış ölkənin ən güclü bilyardçılarının iştirakı ilə yüksək idman mübarizəsi şəraitində baş tutub.

Çempionat çərçivəsində kişilər arasında Pool-10, qadınlar arasında isə Pool-8 növü üzrə qarşılaşmalar təşkil olunub. Turnir boyu iştirakçılar yüksək peşəkarlıq, taktiki düşüncə və idman ruhu nümayiş etdiriblər.

Kişilər arasında (Pool-10) nəticələr:
• I yer – Qubatov Orxan
• II yer – Fəttayev Murad
• III yerlər – Rzayev Orxan, Əmiraslanov Ruslan

Qadınlar arasında (Pool-8) nəticələr:
• I yer – Nəsirova Mina
• II yer – Bayramova Səbinə
• III yerlər – İsmayilova Südabəxanım, Yolçuzadə Zəminə

Qaliblər və mükafatçılar diplom və medallarla təltif olunub. Yarış Azərbaycan bilyard idmanının inkişafına, gənc və perspektivli idmançıların üzə çıxmasına mühüm töhfə verib.

Ölkə çempionatı bilyard idmanına marağın artdığını bir daha nümayiş etdirərək, bu sahədə gələcək beynəlxalq uğurlar üçün möhkəm zəmin yaradıb.

Azərbaycan Bilyard Federasiyası çempionatın keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və AzPulmat şirkətinə təşəkkürünü bildirir.

Xəbər lenti