Qırğızıstanın “Muras United” futbol klubunun ukraynalı məşqçisi Sergey Puçkov müntəzəm olaraq təhqiramiz ifadələr işlətdiyi üçün işindən qovulub.
Planetinfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Futbol İttifaqının sədri, eyni zamanda Nazirlər Kabineti sədrinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev məlumat verib.
“Sergey Puçkov baş məşqçi vəzifəsindən”, -deyə Taşiyev bildirib.
Onun sözlərinə görə, işdən çıxarılan məşqçi komanda ilə ünsiyyətdə olarkən, eləcə də qarşılaşmalarda, uşaqlar və yeniyetmələr tribunada olarkən tez-tez və kobud şəkildə söyüş söyüb.
“Əgər kimsə futbolçuların şərəf və ləyaqətini alçaldırsa, onlar Qırğızıstanda işləyə bilməzlər”, – Taşiyev vurğulayıb.
Qeyd edək ki, Puçkov ötən ilin dekabrında Qırğızıstan gənclər komandasının baş məşqçisi təyin edilib, lakin 2025-ci ilin avqustunda “Muras Yunayted”ə qayıdıb.
Anar