Kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və məşqçi Kotaro Sasakinin rəhbərliyi altında Tokay Universitetində keçirilən toplanışa 10 cüdoçumuz cəlb olunub. Düşərgə çərçivəsində millimizin üzvləri texniki və taktiki elementlər üzərində çalışırlar.
Planetinfo.az xəbər verir ki, qarşıdakı yarışlara hazırlıq və beynəlxalq təcrübənin artırılması məqsədi daşıyan bu toplanış 29 noyabrda başa çatacaq. Qeyd edək ki, düşərgədə Azərbaycan yığması ilə yanaşı, Yaponiya, Rusiya və Danimarka milli komandaları da iştirak edir.
Nəsimi