İdman 24-11-2025, 09:29

Fiziki imkanları məhdud gənclər arasında Qol güləşi yarışı keçirilib

Fiziki imkanları məhdud gənclər arasında Qol güləşi yarışı keçirilib
21 noyabr 2025-ci il tarixində Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidəmətlər Agentliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Qol Güləşi Federasiyasının birgə təşkilatçılığı ilə fiziki imkanları məhdud gənclər arasında Qol güləşi yarışı keçirilib.

Qeyd olunub ki, bu yarış Sosial Xidəmətlər Agentliyi tərəfindən 3 dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuş əlilliyi olan şəxslərin 7-ci Ümumrespublika idman oyunlarının Bakı şəhəri üzrə zona mərhələsi çərçivəsində keçirilib.

Əlbəttə ki, bu yarışın Azərbaycan Qol Güləşi Federasiyası üçün xüsusi dəyəri, önəmi vardır. Çünki fiziki imkanları məhdud idmançılar və ya sadəcə həvəskarlar arasında təşkil olunan hər bir yarış, hər bir çempionat sadəcə gücün deyil, eyni zamanda iradənin, mübarizliyin və qələbə ruhunun nümayiş olunduğu bir arenaya çevrilir.

Nəsimi

Xəbər lenti