İqtisadiyyat Dün, 14:21

Azərbaycanın xarici dövlət borcu azalıb



Bu il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib.

Planetinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən il iyunun 1-nə nisbətən 8 % azdır.

Təkcə mayda ölkənin xarici dövlət borcu 36 milyon ABŞ dolları azalıb.

Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.

Xəbər lenti