İqtisadiyyat 6-11-2025, 14:32

Maaşı artıran sahibkarlara güzəştlər edilsin! - Deputat

Maaşı artıran sahibkarlara güzəştlər edilsin! - Deputat
Azərbaycanda əməkhaqqını artıran və yaxud yeni iş yeri yaradan sahibkarlara vergi və sosial sığorta ödəmələrində 50% güzəşt tətbiq edilməlidir.

Bunu deputat Tahir Mirkişili Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bu güzəştlər iş adamlarına əməkhaqqı artımlarında qeyri-rəsmiliyə qaçmamağa stimul ola bilər. Çünki sahibkarlar maaş artımlarında daha çox vergidən yayınmaq üçün qeyri-şəffaflığa meyl göstərirlər - deyə qeyd edib.

Xəbər lenti