"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən enerji siyasəti son 23 ildə ardıcıl şəkildə inkişaf etdirilərək bu gün ən yüksək mərhələsinə çatıb".
Planetinfo.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının üzvü Aynur Quliyeva deyib. O bildirib ki, bu strategiyanın Prezident Cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan etibarlı və strateji enerji tərəfdaşı kimi beynəlxalq mövqeyini möhkəmləndirib:
"Ölkənin iqtisadi inkişafı, milli təhlükəsizliyi və uzunmüddətli enerji dayanıqlığı təmin olunub".
Hakim partiya təmsilçisi deyib ki, hazırda Azərbaycan energetika sahəsində mühüm və dinamik inkişaf mərhələsini yaşayır:
"Bu gün ölkəmizin ümumi elektrik enerjisi generasiya gücü təxminən 10 min meqavata bərabərdir ki, bu da, demək olar, tarixi rekord göstəricidir".
Anar