20-25 mart tarixlərində "Jibek Joly" beynəlxalq turist qatarı Qazaxıstan, Özbəkistan və Tacikistanı vahid mədəni və təhsil marşrutu çərçivəsində birləşdirəcək.
Planetinfo.az xəbər verir ki, bu barədə "Qazaxıstan Dəmir Yolları"nın mətbuat xidməti məlumat verib.
Layihənin tarixində ilk dəfə olaraq marşrut Düşənbəyə qədər uzadılıb. Qatar Almatı - Türküstan - Səmərqənd - Düşənbə - Daşkənd - Almatı marşrutu üzrə hərəkət edəcək. Turist paketinə qatar gəzintisi, bələdçi ilə ekskursiyalar, giriş biletləri və transferlər daxildir.
Qeyd olunur ki, layihə Novruz bayramı ərəfəsində və Ramazan ayının sonuna təsadüf etməsi ilə əhəmiyyətlidir. İştirakçılar Orta Asiya xalqlarının bayram ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə edəcəklər.
Turist qatarı QTJ ASC tərəfindən Özbəkistan Dəmir Yolları və Qazaxıstan Turizm Sənayesi Assosiasiyasının dəstəyi ilə təşkil edilib.
Anar