"Regional və qlobal səviyyəli münaqişələrin artması fonunda beynəlxalq aləmdə Azərbaycanın enerji resurslarına tələbatın ciddi şəkildə artdığı açıq şəkildə müşahidə edilir. İndi təkcə Avropa deyil, eləcə də qoca qitədən kənar ölkələr də Azərbaycanı özlöərinin enerji təhlükəsizliklərinin zəmanətçisi kimi görürlər. Bu tendensiya Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları zamanı da təsdiqini tapdı".
Bu fikirləri
Planetinfo.az-a politoloq Arzuman Muradlı sözügedən toplantının əhəmiyyətindən danışarkən səsləndirib. O bildirib ki, indi Avropa ilə yanaşı, Yaxın Şərq də Azərbaycana qazına böyük tələbat görür. Politoloq Suriyaya Azərbaycan qazının tədarükünü bunun əyani sübutu kimi qeyd edib:
"Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı dediyi kimi , Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Dövlət başçısının təbirincə desək, bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Paralel olaraq Avropaya qaz tədarükü də genişlənməkdədir".
Arzuman Muradlı deyib ki, Avropanın daha iki ölkəsinə, Almaniya və Avstriyaya Azərbaycan qazının tədarükünə başlanılıb ki, bununla da Azərbaycan qazını alan Avropa İttifaqı ölkələrinin sayı 10-a çatıb:
"Azərbaycan həm də əlverişli coğrafi mövqeyi ilə enerji ehtiyatlarının etibarlı tranzit ölkəsi rolunu oynayır. Prezident İlham Əliyev iclasda çıxışı zamanı bu məsələyə xüsusi toxunaraq bildirdi ki, Azərbaycan Qazaxıstan və Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və bizim sistemimiz vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır".
Anar