Aİ İrandakı böhran və artan enerji qiymətlərinə cavab olaraq neft və qaz tədarükünü əlaqələndirmək üçün işçi qrupunun iclaslarını keçirəcək.
Planetinfo.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, gələn həftə Aİ hökumət nümayəndələrinin iştirakı ilə işçi qrupunun iclasları keçiriləcək. Görüşlərdə Yaxın Şərq münaqişəsinin enerjiyə təsiri, eləcə də Aİ ölkələrinə neft tədarükünün cari qiymətləndirilməsi müzakirə olunacaq.
Qeyd edilib ki, görüşlərin əsas məqsədi neft və qaz tədarükünün təhlükəsizliyini izləmək və vəziyyətin daha da pisləşəcəyi təqdirdə cavab tədbirlərini əlaqələndirməkdir.