Asiya fond bazarları neft qiymətlərinin kəskin artması nəticəsindən xeyli geriləyib.
Planetinfo.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Yaponiyanın Nikkei 225 fond indeksi 5,24% azalaraq 52.707,5 bəndə, Cənubi Koreyanın KOSPI indeksi isə 5,96% azalaraq 5.251,87 bəndə düşüb.
İndeks qısa müddətə 8%-dən çox düşərək 20 dəqiqəlik ticarət dayanmasına səbəb olub.
Honq-Konqda ticarət sessiyası hələ bağlanmayıb,
Hang Seng indeksi 1,8% azalaraq 25.292,5 bənd təşkil edib.