İqtisadiyyat 12-03-2026, 15:11

Neftin qiyməti Trampa görə bahalaşıb?

ABŞ Prezidenti Donald Tramp müttəfiqlərindən strateji neft ehtiyatlarının buraxılmasını təxirə salmağı xahiş edib, lakin o, bir neçə saat sonra kursu dəyişdirərək neft bazarına genişmiqyaslı müdaxilə üçün səy göstərməyə başlayıb.

Planetinfo.az xəbər verir ki, bu iddia ilə The Wall Street Journal (WSJ) çıxış edib.

Nəşrin məlumatına görə, ABŞ-nin energetika naziri Kris Rayt G7 ölkələrinin nazirlərinə bildirib ki, neftin qiymətləri son vaxtlar 1 barel üçün 90 dollardan aşağı endiyindən belə bir addımın atılması vaxtından tezdir.

Lakin iki saat sonra Donald Tramp qərarını dəyişib.

Nəticədə, 11 martda Beynəlxalq Enerji Agentliyi ölkələri Yaxın Şərqdə artan münaqişə səbəbindən bazar vəziyyətini sabitləşdirmək üçün ehtiyatlarından 400 milyon barel neft buraxmaq barədə razılığa gəliblər.

Xəbər lenti