İqtisadiyyat
15-04-2026, 09:50
Azərbaycan nefti kəskin ucuzlaşdı
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,27 ABŞ dolları və ya 5,77 % azalaraq 118,56 ABŞ dolları təşkil edib.
Planetinfo.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.