İqtisadiyyat Bugün, 15:30

Ölkədə qaz hasilatında artım qeydə alınıb


Cari ilin yanvar-mart aylarında Azərbaycanda 12,507 milyard kubmetr təbii qaz hasil olunub.

Planetinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, hasilatın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 milyon kubmetr və ya 0,4 faiz artıb.

Ötən ilin yanvar-mart aylarında təbii qaz hasilatı 12,507 milyard kubmetr təşkil edib.

Hesabat dövründə 9,858 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 67 milyon kubmetr və ya 0,7 faiz çoxdur.

Ötən ilin yanvar-mart aylarında 9,791 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub.

Qeyd edək ki, hasilat sənayesində istehsal olunan məhsulun ümumi dəyəri 8,7 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz azdır.

Xəbər lenti