Mədəniyyət 16-12-2025, 14:33

Türk Ədəbiyyatı Fonduna Azərbaycanla bağlı kitablar hədiyyə edilib



Türk Ədəbiyyatı Fondu ilə Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzi arasında Azərbaycan-Türkiyə ədəbiyyatının qarşılıqlı təbliği, birgə tədqiqatlar, müsabiqələr, konfranslar və nəşrlər müzakirə olunub.

Planetinfo. az-a Mərkəzdən bildirilib ki, Türk Ədəbiyyatı Fondunun prezidenti Serhat Kabaklı və Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasovun arasında keçirilən görüşdə iki dost-qardaş ölkə arasında ədəbi əlaqələrimizin daha da inkişaf etdirilməsi, ədəbiyyat günlərinin və poeziya gecələrinin təşkil olunması barədə razılıq əldə olunub.
Görüş çərçivəsində Azərbaycan ədəbiyyatına dair Türkiyə türkcəsinə tərcümə edilmiş nəşrlər Türk Ədəbiyyatı Fonduna ianə edilib.

Anar

Xəbər lenti