Mədəniyyət 6-01-2026, 19:58

Türk dünyasının ortaq mədəni dəyərlər müzakirə edilib



EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren Cengiz Aytmatov İnstitutunun rəhbəri İllyas Topsakal ilə görüşüb.

Bu barədə Planetinfo.az-a məlumat verən Hikmet Eren deyib ki, görüşdə Türk dünyasının ortaq mədəni dəyərləri və bu dəyərlərin beynəlxalq platformalarda tanıdılması ətrafında geniş müzakirə aparılıb.

Söhbət zamanı həmçinin, Aytmatov yaradıcılığının mədəniyyət diplomatiyası sahəsində ortaya qoyduğu strateji imkanlar və bu istiqamətdə nəzərdə tutulan tədbirlər də dəyərləndirilib.

"İnanırıq ki, ədəbiyyatın gücü və tarix şüuru ilə qurulan bu körpülər sabahın qüdrətli Türkiyəsinin ən möhkəm sütunları olacaq",-deyə Eren vurğulayıb.

Anar

Xəbər lenti