Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Abbasov Ankara Opera və Baletinin direktoru Demet Gökalpla görüşüb.
Planetinfo.az Mərkəzə istinadən bildirir ki, görüş zamanı 2025-ci ildə həyata keçirilən birgə layihələr, 2026-cı ildə opera və balet sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri, ortaq dəyərlərimizin təbliği ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı həmçinin, Azərbaycan əsərlərinin türk opera və balet səhnələrində səhnələşdirilməsi, iki ölkə sənətçilərinin iştirakı ilə birgə konsert və opera proqramlarının hazırlanması da müzakirə edilib.
Görüşdə Ankara Opera və Baletinin mütəxəssisləri də iştirak edib.
Anar