Mədəniyyət Bugün, 09:38

Kuzəçinin Azərbaycanla bağlı yazdığı kitabların təqdimatı və imza günü keçiriləcək

Kuzəçinin Azərbaycanla bağlı yazdığı kitabların təqdimatı və imza günü keçiriləcək
Kərküklü yazıçı, tədqiqatçı-jurnalist Dr.Şəmsəddin Kuzəçinin 2000-2025-ci illər aralığında Azərbaycanla bağlı yazdığı kitabların təqdimatı və imza günü keçiriləcək.

Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə Kərkük Kültür Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbir Qazi Universitetinin Azərbaycan türkcəsi Təhsil Ocağında reallaşacaq və tədbirə xüsusi qonaqlar dəvət ediləcək. Şəmsəddin Kuzəçinin kitabları haqqında alimlər, müəllifin qələm dostları və rəsmi şəxslər öz fikir və düşüncələrini bölüşəcək.

Dr.Şəmsədfin Kuzəçinin Azərbaycan haqqında yazdığı kitabları İraq türkmanları ilə Azərbaycan arasında ədəbi və mədəni əlaqələrə xüsusi önəm qatır.

Kuzəçi qardaşımızı və Azərbaycan səfirliyi-Mədəniyyət Mərkəzini bu dəyərli tədbir münasibətilə təbrik edir, müəllifdən yeni əsərlər gözləyirik.

Nəsimi

Xəbər lenti