Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı yeni tamaşanın məşqləri yekunlamaq üzrədir.
Tamaşa yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində təqdim olunur.
Yeni tamaşanın premyerası 2026-cı il yanvarın 30-da baş tutacaq.
Tamaşanın quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssam Çingiz Babayev, xoreoqraf Nigar İbrahimbəyli, sound dizayn Konstantin Soldatov, Platon Soldatov, rejissor Şövqi Hüseynovdur.
Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Rasim Cəfər, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov, Mehriban Hüseynova iştirak edirlər.
Qeyd edək ki, Milli Gənc Tamaşaçılar Teatrının yeni tamaşası Prezidentin Sərəncamından irəli gələn məsələlərin Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planının təmin olunması istiqamətində atılan addımdır.