Region 4-11-2025, 13:25

Mərkəzi Asiya liderləri Trampla görüşə gedir

Mərkəzi Asiya liderləri Trampla görüşə gedir
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderlərini noyabrın 6-da Vaşinqtonda keçiriləcək “Mərkəzi Asiya-ABŞ” (“C5+1”) formatlı sammitə dəvət edib. Bu, “C5+1” formatında keçiriləcək ikinci sammit olacaq. İlk görüş 2023-cü ildə BMT Baş Assambleyasının kuluarlarında, ABŞ- nin o zamankı prezidenti Co Baydenin dövründə Nyu-Yorkda baş tutmuşdu. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev artıq Trampa “səmimi minnətdarlığını” ifadə edən məktub göndərib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadir Japarov da sammitdə iştiraklarını təsdiqləyiblər. Dəvətdən öncə ABŞ-ın Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Serxio Qor və dövlət katibinin müavini Kristofer Landau Mərkəzi Asiyaya səfər ediblər. Onlar oktyabrın 25-də Daşkəndə səfər ediblər. Mərkəzi Asiya uzun müddət Rusiya və Çinin maraq dairəsində olub.

Hazırda Rusiyanın baş Ukraynaya qarışdığı üçün bölgəyə əvvəlki qədər diqqət ayıra bilmir. Bu boşluğu doldurmaq üçün Avropa Birliyi müəyyən həmlələr etsə də bunlar yetərli deyil. Bölgə ölkələri son zamanlar iqtisadiyyatlarının canlandırılması istiqamətində fəal iş aparırlar. Bunun üçün isə güclü xarici dəstək şərtdir. ABŞ Mərkəzi Asiya ölkələrinə investisiya qoymaqla bölgədə iqtisadi varlığını təmin etmək, daha sonra isə bundan siyasi məqsədlər üçün istifadə etməyi hədəfləyir.

Rusiya sovet ittifaqı dağıldıqdan dərhal sonra Mərkəzi Asiyada özünün siyasi və hərbi üstünlüyünü təmin edib. Region ölkələri Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın nəzarətində olan qurumların üzvüdür. Çin isə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Mərkəzi Asiya milyardlarla dollar sərmayə qoyur. ABŞ bu iki təsir dairəsinə balans gətirmək və region ölkələrini tam olaraq Moskva və Pekinə tabe vəziyyətdən çıxarmaq istəyir.

ABŞ - nin birinci hədəfi müəyyən strateji müqavilələrlə bu ölkələri Rusiyanın təsirindən çıxarmaq, daha sonra isə burada Çinə qarşı iqtisadi mübarizə aparmaqdır. Vaşinqtonun daha bir niyyəti isə bölgədəki mineral ehtiyyatları ələ keçirməkdir. Mərkəzi Asiya əsasən litium, uran, nadir torpaq elementləri, mis, volfram kimi mineral materiallar var. Xüsusilə Qazaxıstan və Özbəkistanda bu mineralların zəngin yataqları var. ABŞ hazırda uzun illərdi Rusiya və Çinin bu məsələdə ki dominat rolunu sıradan çıxarmaq üçün səylər göstərir. Bu Qərb şirkətlərinin Mərkəzi Asiya regionunda milyardlıq lahiyyələrə imza atması deməkdir.

Eyni zamanda, ABŞ Mərkəzi Asiyada əldə etdiyi mineral ehtiyatlarla yaşıl enerji və yüksək texnologiyalar - batareyalar və mikroçiplər üçün xammal təminatını şaxələndirmək istəyir. Son zamanlarda ABŞ texnoloji məhsullar ixrac edərək Mərkəzi Asiya bazarlarına daxil olmağa başlayıb. Vaşinqtonun aktivliyi müstəvisində görünən budur ki, ABŞ - Rusiya - Çin rəqabətinin yeni mərkəzi Mərkəzi Asiyadır.

Zeynal Əmrəliyev
Politoloq

Xəbər lenti