Region 4-11-2025, 16:59

Həmyerlimiz Moskvada keçirilən Beynəlxalq Qadın Sahibkarlar Konqresində təkliflərlə çıxış edib

Həmyerlimiz Moskvada keçirilən Beynəlxalq Qadın Sahibkarlar Konqresində təkliflərlə çıxış edib
Oktyabrın 28-də Moskvada 8-ci Beynəlxalq Qadın Sahibkarlar Konqresi uğurla keçirilib. Konqresin təşkilatçısı dünyanın 25+ölkəsində biznes sahiblərini, şirkətlərin top menecerlərini, konsaltinq, hüquq, təhsil, marketinq, Tibb, moda, turizm biznesi sahəsində sahibkarları, peşəkar təşkilat və assosiasiyaların rəhbərlərini birləşdirən "bir pəncərə" sistemi üzrə nümayəndəlikləri olan beynəlxalq birlik- Dünya Biznes Alyansı olub.

Planetinfo.az xəbər verir ki, tedbirdə həmyerlimiz Caspian Business Initiative ANO vice-presidenti, AzerBelTrade.by firmasının idareci partnyoru, Dunya Biznes Alyansı- Xəzər Regional rəhbəri Ramil Salifov da spiker olaraq iştirak edib.
Ramil Salifov çıxışında Xəzər regionunda xarici iqtisadi fəaliyyətin və nəqliyyat logistikasının inkişafı, eləcə də müasir texnologiyaların Kreativ sənayelərə təsirinə toxunub: “Xəzər regionu təbii ehtiyatları və əlverişli geosiyasi mövqeyi sayəsində böyük iqtisadi potensiala malikdir. Bu gün əsas ixrac maddələri neft, qaz və kənd təsərrüfatı məhsullarıdır. Aparıcı ticarət tərəfdaşları Çin, Rusiya, Türkiyə və İrandır. Əhəmiyyətli irəliləyişlərə baxmayaraq, gömrük prosedurlarının və infrastruktur məhdudiyyətlərinin mükəmməl olmaması ilə bağlı bir sıra problemlər mövcuddur. Bu, xarici ticarətin artım tempini ləngidir və bölgədəki bütün ölkələrin birgə səylərini tələb edir.

İkinci vacib sahə nəqliyyat yollarının və infrastrukturun inkişafıdır. Bölgədə dəniz limanları, dəmir yolu xətləri və avtomobil yolları var, lakin bir çoxunun modernləşdirilməsinə ehtiyac var. Uğurlu nümunələrdən biri Rusiya, Azərbaycan və İranı birləşdirən, yük axınları üçün yeni imkanlar açan Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi layihəsidir”.
O bildirib ki, müasir rəqəmsal alətlər kiçik və orta sahibkarlığın rəqabət qabiliyyətini təmin edən unikal məhsul və markaların yaradılmasında böyük rol oynayır: “İnternet marketinqi, virtual sərgilər və bulud həlləri ilə şirkətlər beynəlxalq bazarlara çıxmaq və qlobal investorları cəlb etmək imkanı əldə edirlər. Məhsul və xidmətlərin istehsalı və təşviqi proseslərini optimallaşdırmaq üçün Big Data və analitikanın istifadəsi xüsusi əhəmiyyət kəsb edir.

Yekunlaşdıraraq, region qarşısında duran problemlərin həllinə kompleks yanaşmanın vacibliyini vurğulamaq istəyirəm. Yalnız iqtisadiyyat, nəqliyyat və innovativ texnologiyalar sahəsində səyləri birləşdirərək mühüm nailiyyət əldə etmək olar”.

Ramil Səlifov əməkdaşlığın əsas istiqamətləri üzrə təkliflərini də verib:

“1. Regionlararası Texnologiya Mərkəzinin Yaradılması. Məqsəd: prioritet sahələrdə (enerji, nəqliyyat, kənd təsərrüfatı) elmi və texniki inkişafın stimullaşdırılması və texnologiyaların ötürülməsi.

2. Forumların və sammitlərin təşkili. Strateji təşəbbüslərin formalaşmasına və investisiyaların cəlb edilməsinə yönəlmiş biznes, hakimiyyət və elm nümayəndələrini birləşdirən tədbirlər.

3. İnvestisiya Proqramlarının Hazırlanması. Bölgənin iqtisadi böyüməsini stimullaşdıran neft-qazokimya, gəmiqayırma və balıqçılıqda xüsusi layihələrin dəstəklənməsi.

4. Kadr Potensialının Formalaşdırılması. Bölgə bazarının şərtlərinə uyğunlaşdırılmış yüksək səviyyəli idarəetmə kadrları və mütəxəssislər üçün təlim proqramının həyata keçirilməsi”.

Dünya Biznes Alyansı və Ramil Səlifovun birgə təşəbbüsləri Xəzər regionu iqtisadiyyatının sıçrayışlı inkişafını təmin edərək onu iqtisadi artımın və beynəlxalq əməkdaşlığın lideri edə bilər.
Xatırladaq ki, Dünya biznes Alyansı uzun illərdir ki, sahibkarlığın inkişafına kömək edir, təşəbbüsləri dəstəkləyir və beynəlxalq əməkdaşlığın inkişafına və dünya bazarlarında mövqelərin möhkəmlənməsinə kömək edir.

Qadın sahibkarlar Konqresi iqtisadi əlaqələri gücləndirmək və beynəlxalq səviyyədə biznes və tərəfdaşlığı təşviq etmək üçün nüfuzlu bir platformadır. Qlobal iqtisadiyyatda əməkdaşlıq və təcrübə mübadiləsi Sabit böyümənin əsas amillərinə çevrilir. Konqres iştirakçılara sübut edilmiş texnologiyalara, peşəkar biliklərə və dünyanın ən yaxşı təcrübələrinə giriş imkanı verib.

Xəbər lenti