Gürcüstan məhkəmə sistemi və fundamental hüquqlar sahəsində hazırlığın erkən mərhələsi ilə müəyyən hazırlıq səviyyəsi arasında yerləşir və artıq ikinci ildir ki, geriləmə müşahidə olunur.
Planetinfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının 2025-ci il genişlənmə paketi çərçivəsində Gürcüstanla bağlı hesabatda qeyd olunub.
"Gürcüstan hazırda hazırlığın erkən mərhələsindədir, 2024-cü ildəki müəyyən hazırlıq səviyyəsindən aşağı düşüb və artıq ardıcıl ikinci ildir ki, geriləmə müşahidə olunur. Yenidən nəzərdən keçirilmiş hüquqi çərçivə məhkəmə sisteminin müstəqilliyini və bütövlüyünü sarsıdır, həmçinin əvvəlki islahatları geriyə aparır. Ümumi məhkəmələr haqqında qanuna 2025-ci ilin iyununda edilən dəyişikliklər məhkəmə sisteminin legitimliyini zəiflədir və əsas məhkəmə institutları və hakimlərin hesabatlılığına və qərəzsizliyinə təhlükə yaradır” , - deyə hesabatda vurğulanıb.
Sənəddə qeyd olunub ki, dəyişikliklər sürətləndirilmiş prosedurla, lazımi məsləhətləşmələr və ətraflı müzakirələr olmadan qəbul edilib.