Qarabağdan köçmüş ermənilərin yenidən Azərbaycana qayıtması məsələsi Ermənistan rəhbərliyi üçün mümkünsüz məsələ olsa da, müəyyən qrupların bu məsələ ilə spekulyasiya etməsi Ermənistanda gündəmdədir. 2023-cü ilin 19 sentyabrında 24 saatlıq antiterror əməliyyatından sonra Qarabağa müxtəlif yollarla Rusiya sülhməramlıları tərəfindən gətirilmiş ermənilər ərazini tərk etdilər. Azərbaycan tərəfi onların təhlükəsiz gedişini təmin etməklə bərabar ermənilərə qalmaları üçün də çağırışlar etdi. Amma ermənilər getməyi seçdilər.
Bunu
Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
O, qeyd edib ki, bundan sonra da Azərbaycan tərəfi uzun müddət həmin ermənilərdən Azərbaycan vətəndaşlığı üçün müraciət etməyi asanlaşdıran onlayn müraciət portalı yaratdı. Lakin bu portal vasitəsilə Azərbaycan vətəndaşı olmaq məqsədilə heç bir erməni müraciət etmədi: "Bu da o anlama gəlir ki, ermənilər Azərbaycanda yaşamaq istəmirlər. Ermənilərin təhlükəsizlik qarantiyası axtarması isə sadəcə oyun idi və indi də bu oyun davam edir. Məsələ ondadır ki, ermənilər heç vaxt Azərbaycana vətəndaş kimi hər hansı təminat altında belə gəlib yaşamayacaqlar. Çünki onların əksəriyyəti Azərbaycan əleyhinə döyüşmüş, müharibə cinayətləri törətmiş ermənilər və davamçılarıdır. Onların hər biri yaxşı bilir ki, Azərbaycan onların arxivinə bələddir və vətəndaş olmaq üçün müraciət etsələr iç üzləri açılacaq. İndiki isterika sadəcə məsələni gündəmdə saxlamaq cəhdidir. Azərbaycan erməniləri Qarabağa dəvət etsə belə onlar gəlməzlər. Paşinyanın dediyi kimi turist kimi də gəlməzlər".